İntensiv yağıntılar nəticəsində yaranan sel sularının İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətində yaratdığı problemlər aradan qaldırılıb.
Belə ki, hadisə baş verən andan etibarən dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan təxirəsalınmaz işlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
YOLUNUZ AÇIQ OLSUN...