Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Bilgəh avtomobil yolunun yenidən qurulması layihəsi

3 Avqust 2016- 00:00
11 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Bilgəh avtomobil yolunun yenidən qurulması layihəsi

           

Yolun uzunluğu- 8 900 m;

Yolun eni – 9.5 m;

Hərəkət zolaqlarının sayı – 2 ədəd;

Yolun hərəkət hissəsinin orta eni -7.5 m;

Səkilərin eni -1x2 m.

 

            Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 7 mart tarixli 1857 nömrəli Sərəncamının icrası olaraq 63 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Bilgəh avtomobil yolunun yenidən qurulması işləri” “Azəravtoyol” ASC tərəfindən yerinə yetirilmişdir.

 

            Uzunluğu 8,9 km, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər tam olaraq aradan qaldırılıb.

 

            Tikinti işləri çərçivəsində yolun eni 9,5 m-ə qədər genişləndirilib. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub, köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yol boyu 81 min m2 sahəyə 2 qat və 12 sm qalınlığında 19.2 min ton müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənib.  

 

            Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 200 paqon-metr yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 1-2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yol boyu 240 ədəd yeni işıq dirəkləri də quraşdırılıb.

             

            Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 27 ədəd yol nişanlarının quraşdırılıb, 26 700 paqon-metr yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. 

 

            Ümumiyyətlə avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı Dairəvi yoluna və Zabrat-Maştağa-Buzovna avtomobil yoluna rahat və maneəsiz çıxışı təmin olunub.