Qeyri-sabit hava şəraiti nəticəsində bir-neçə rayonda yol infrastrukturuna ziyan dəyib MƏLUMAT

18 Sentyabr 2023- 10:59
11 Qeyri-sabit hava şəraiti nəticəsində bir-neçə rayonda yol infrastrukturuna ziyan dəyib

Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub

Hal-hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.

YOLUNUZ AÇIQ OLSUN...