Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək MƏLUMAT

20 Sentyabr 2023- 12:33
11 Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabr ayının 22-də Masallı rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da  Masallı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Masallı rayonu “47 №-li Yol İstismarı” və Yardımlı rayonu “51 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.