Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov noyabr ayının 24-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Sumqayıt şəhəri və Qubadlı rayonu sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Sumqayıt şəhəri “1 №-li Magistral Yolların İstismarı” MMC-də öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.