“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 27 min əhalinin yaşadığı 34 yaşayış məntəqəsini birləşdirən, istismar müddəti bitdiyi üçün uzun müddətdir ki, yararsız vəziyyətdə olan Qaraməryəm – İsmayıllı - Şəki avtomobil yolunun Qaraməryəm - İsmayıllı hissəsi qısa müddət ərzində əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir.
Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu 1970-ci illərdə tikilib istifadəyə verilmişdir.
Yolun əsas göstəriciləri
- Yolun uzunluğu - 29 km;
- Yol III texniki dərəcəlıdir;
- Yolun torpaq yatağının eni 12.00 m;
- Hərəkət hissəsinin eni 7m (2x3,5 m);
- Çiyinlərin eni 2x2,5 m-dir;
- Hərəkət zolaqlarının sayı – 2;
Yerinə yetirilmiş iş həcmləri:
- Asfalt-beton örtük, iki laydan ibarət qalınlığı 15 sm – 200 min m2
- Asfalt-beton qarışığı sərf edilmişdir – 72,0 min ton;
- Yol üzərində 2 körpü tikilmişdir:
- Yolun 2-ci kilometrində Mehmanlı çayı üzərində uzunluğu 30, eni 10 metr olan körpü;
- Yolun 9-cu kilometrliyində Kürdmaşı çayı üzərində çayı üzərində uzunluğu 30, eni 10 metr olan körpü;
- Yol üzərində 26 ədəd suötürücü borular tikilmişdir ki, onların da uzunluğu 364 m metr təşkil edir;
- Avtobus dayanacaqları tikilmişdir– 12 ədəd;
- Yol nişanları quraşdırılmışdır -38 ədəd;
- Məlumatverici tablo quraşdırılmışdır – 60 ədəd;
- Yol cizgi və göstərici xətləri çəkilmişdir – 14,5 min m2
Bu yolun yenidən qurulması, İsmayıllı və Göyçay rayonlarının 34-ə yaxın yaşayış məntəqəsinin 27 mindən çox əhalisinin sosial –iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcəkdir.