Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 2170 nömrəli Sərəncamına əsasən yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılmış və tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir.
Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu, Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli yoldur.
Yolun əsas göstəriciləri
- Yolun uzunluğu - 12,2 km;
- Yol IV texniki dərəcəlıdir;
- Yolun torpaq yatağının eni 8-10 m;
- Hərəkət hissəsinin eni 6 m (2x3,0 m);
- Çiyinlərin eni 2x2,0 m-dir;
- Hərəkət zolaqlarının sayı – 2;
Yerinə yetirilmiş iş həcmləri:
- Genişləndirilən hissədə torpaq işləri - min m3;
- Əsasın alt layının tikintisi üçün materialın daşınması – min m3;
- Əsasın alt layının 25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi – min m3;
- Asfalt-beton örtük, iki laydan ibarət qalınlığı 12 sm – 75,3 min m2
- Asfalt-beton qarışığı sərf edilmişdir – 21,7 min ton;
- Beton bordyurların quraşdırılmışdır – 1450 m;
- Səkilər tikilmişdir – m2
- Yol üzərində 1 körpü tikilmişdir;
O cümlədən :
- Yolun 3,8-ci km-də, Tüntül kəndi ərazisində uzunluğu 5 metr, eni isə 7 metr olan dəmirbeton körpü;
- Yol üzərində 12 ədəd suötürücü borular tikilmişdir ki, onların da uzunluğu 113 metr təşkil edir;
- Avtobus dayanacaqları tikilmişdir– 6 ədəd;
- Yol nişanları quraşdırılmışdır -82 ədəd;
- Yol cizgi və göstərici xətləri çəkilmişdir – 5,2 min m2
Yolun yenidən qurulması bölgədə turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz şəkildə çıxışı təmin olunub, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranıb.