Lökbatan qəsəbəsində Nurlan Hüseynov küçəsi təmir edilir VİDEO/FOTO

11 Dekabr 2023- 10:09

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-cü ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.

Bu çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 800 metr, ortalama eni 6 metr olan Nurlan Hüseynov küçəsinin təmiri artıq yekunlaşmaq üzərədir.

Sözügedən küçə yararsız asfalt örtük və torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.

Təmir çərçivəsində küçəboyu frezlənmə, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb, 200 p/m səki daşı yenilənib.

Küçədə mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib.

Hazırda küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

İşlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

 

YOLUNUZ AÇIQ OLSUN...