İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası artıq yekunlaşmaq üzrədir.
İki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 14.5 metrdir.
Hazırda körpünün avtomobil və piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrinə asfalt döşənməsi işləri icra olunur.
Yeni körpünün tikintisinin yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq işlər fasilə verilmədən davam etdirilir.
Xatırladaq ki, yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib. 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub.
YOLUNUZ AÇIQ OLSUN...