Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-cüilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda Həsən Məcidov küçəsinin bir hissəsində (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) aparılan təmir işləri davam etdirilir.
Sözügedən hissənin uzunluğu 330 metr, ortalama eni 12-15 metr təşkil edir.
Təmir çərçivəsində küçəboyu 351 p/m yeni səki daşları düzülüb, köhnə səki daşları bərpa olunub, ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bu işlərə paralel olaraq küçəboyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunur.
İşlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...