Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-cüilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda Həsən Məcidov küçəsinin bir hissəsində (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) aparılan təmir işləri yekunlaşıb.
Sözügedən hissənin uzunluğu 330 metr, ortalama eni 12-15 metr təşkil edir.
Təmir çərçivəsində küçəboyu 360 p/m yeni səki daşları düzülüb, köhnə səki daşları bərpa olunub, ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Bu işlərə paralel olaraq küçəboyu yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, yaxın günlərdə küçədə piyada zolaqlarının və istiqamətverici oxların çəkilməsi işləri də icra olunacaq.
YOLUNUZ AÇIQ OLSUN...