Hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi tətbiq edilib  MƏLUMAT/VİDEO

23 Yanvar 2024- 14:14

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib

Ötən gecə boyu və bu gün gündüz saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılıb, hərəkətin təmin olunması məqsədi ilə tədbirlər görülüb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub

Bakı şəhərində agentliyin xidmət göstərdiyi yollarda və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, daha problemli sahələr nəzarətə götürülüb, öncədən həmin ərazilərə qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.         

Ümumilikdə Bakı şəhəri və republikanın avtomobil yollarına 622 qarkürüyən, duz-qum qarışı səpən, həmçinin köməkçi yol texnikası və maşın-mexanizm xidmət göstərir, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb. 

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur

YOLUNUZ AÇIQ OLSUN...