İmişli, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

25 Yanvar 2024- 09:08
11 İmişli, Sabirabad və Saatlı  rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvar ayının 26-da İmişli rayonunda vətəndaşları qəbul edəcək. 
 
Qəbul saat 11:00-da İmişli rayonu “6 №-li Magistral Yolların İstismarı” MMC-nin inzibati binasında  keçiriləcək. Qəbulda İmişli, Sabirabad və Saatlı  rayonlarının sakinləri iştirak edə bilərlər. 
 
Qəbula yazılmaq istəyənlərin İmişli rayonu “6 №-li Magistral Yolların İstismarı”, Saatlı rayonu “35 №-li Yol İstismarı” və Sabirabad rayonu “34 №-li Yol İstismarı”  MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 
 
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 
 
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.