Tunellərin və tunel daxili yol elementlərinin təmizlənməsi işləri aparılır VİDEO/FOTO

19 Fevral 2024- 16:00

Yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.

Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, divarları, tuneldaxili yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər.

 

YOLUNUZ AÇIQ OLSUN...