Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhər və rayonlarda keçirilən vətəndaşların qəbulu zamanı olan müraciətlər, o cümlədən “Çağrı Mərkəzi”nə daxil olan zənglərin təhlili zamanı aydın olur ki, bəzi hallarda müraciət edən şəxs agentliyin balansında olan və olmayan yollarla bağlı kifayət qədər məlumata malik deyil.
Bunu nəzərə alaraq bir daha AAYDA-nın balansında olan və olmayan ərazilərlə bağlı məlumatı təqdim edirik.
AAYDA-nın balansında olan avtomobil yolları, prospekt və küçələr:
- 17 755 km magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları;
- 1 632 km Bakı şəhərinin əsas küçə və prospektləri.
AAYDA-nın balansında olmayan yollar, prospekt və küçələr:
- Bakı şəhərinin qəsəbədaxili küçə və yolları (bəzi mərkəzi küçələr istisna olmaqla);
- Respublikanın şəhər və rayon mərkəzlərinin bütün prospekt və küçələri (Bakı şəhəri istisna olmaqla);
- Kənddaxili bütün küçə və yollar.
Qeyd: Yuxarıda sadalanan prospekt, küçə və yollar yerli icra strukturlarının (icra hakimiyyəti və ya bələdiyyə) balansındadır.