Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mart ayının 15-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Naftalan şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Naftalan şəhəri “29 №-li Yol İstismarı”, Goranboy rayonu “23 №-li Yol İstismarı” və Xocalı rayonu “54 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.