Tovuz rayonunun Əlibəyli kəndi ərazisində leysan yağışları nəticəsində qəzalı vəziyyətə düşən körpü bərpa edilib.
Sözügedən körpü 17 km uzunluğunda olan Hacallı - Təpəbaşı avtomobil yolunun 5-ci km-də Tovuz çayı üzərində yerləşlir. 2 aşırımlı dəmir-beton konstruksiyalı körpünün uzunluğu 27 metr, eni isə 7 metrdir.
Aparılmış işlər zamanı körpünün kənar dayaqları bərpa edilib, bünövrəsinə beton məhlul tökülərək bərkidilib, yeni su tənzimləyici qurğular inşa edilib. Bundan başqa körpünün yanaşma yollarında da bərpa işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib.
Körpünün hərəkət hissəsi də əsaslı şəkildə bərpa olunaraq asfatlanıb, hər iki tərəfdə monolit betonla təkərqaytaranlar inşa edilib və yeni mühəccərlər quraşdırılıb.
Qeyd edək ki, bu ilin yaz-yay aylarında yağan leysan yağışlarının çaylarda suyun səviyyəsini artırması nəticəsində Tovuz çayı üzərində yerləşən avtomobil körpüsünün dayaqları və su tənzimləyici qurğuları yuyularaq qəza vəziyyətinə düşmüşdür.
Y-60-10 (17km) – Hacallı - Təpəbaşı avtomobil yolunun 5-ci km-də yerləşən körpünün parametrləri:
Körpünün uzunluğu - 27 metr
Aşırımın sayı - 2
Qabariti - 7 metr
Açıqlığı - 24 metr
Konustruksiyası - Metal
Sxemi - 2 x 12
Dayaqları - Demir beton
Hesabi yükü - H13, HQ-60
Körpünün bərpası üçün görülən işlər:
Torpaq işləri - 767 m3
Armatur karkasının toxunması - 8.1 ton
Beton işləri - 250 m3
Asfaltlama işləri - 610 m2
Məhəcərlərin quraşdırılması
və rənglənməsi - 54 p/m
Təkərqaytaranların monolit
betonla tikilməsi - 4.8 m3
Xətlənmə işləri - 66 m2