Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

16 Aprel 2024- 14:26
11 Yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlik tərəfindən bu çərçivədə avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yerüstü piyada keçidlərinin inşası davam etdirilir.

Bu istiqamətdə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşmaq üzrədir.   

Layihə üzrə keçidin ümumi uzunluğu 48.6, eni 3 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid  metal konstruksiyalıdır. 

Hazırda keçiddə son tamamlama işləri görülür. 

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunacaq. 

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...