Avtovağzal qarşısındakı yol sürücülərin istifadəsinə verilib - FOTOLAR

2 Sentyabr 2016- 00:00
11 Avtovağzal qarşısındakı yol sürücülərin istifadəsinə verilib - FOTOLAR

 

          Beynəlxalq Avtovağzal kompleksi qarşısındakı avtobus dayanacağının yerləşdiyi giriş-çıxış yolu artıq sürücülərin istifadəsinə verilib.

 

          Köməkçi yol kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra açılıb.

 

          Qeyd edək ki, dayanacağa giriş-çıxış yolunun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə ilə qaşınaraq ərazidən daşınıb, əlavə bərkitmə işləri görülürək yolun asfaltlanması istiqamətində işlər görülüb.

 

          Xatırldaq ki, sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə 16 metr uzunluğunda və 7 metr hündürlüyündə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub.  

 

          Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb. Yol bir-neçə yerdən 20-30 metr dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub.

 

          Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki, 16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə svay vurma işləri aparılıb. Ümumilikdə əraziyə 96 ədəd svay vurulub.