Dövlət başçısının tapşırığına uyuğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparılıb.
Təmir işləri küçənin Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində icra olunub.Sözügedən hissənin uzunluğu 660, eni 13.33 metrdir.
Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib, küçə boyu mövcud piyada səkilərinin bərpası işləri aparılıb.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunub.
“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...