Güclü sel Quba-Xınalıq yolunda ciddi fəsadlar törədib - FOTO

2 Sentyabr 2016- 00:00
11 Güclü sel Quba-Xınalıq yolunda ciddi fəsadlar törədib - FOTO

 

          Dünən axşam saatlarında Qubaya yağan aramsız yağışlar nəticəsində Quba-Xınalıq yolunun 29-cu kilometrliyində Qudyalçay üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb, körpünün istinad divarları zədələnib.  Hadisə nəticəsində yolda gediş-gəliş dayanıb.
 

 
          Dünən axşam saatlarından etibarən fəsadların aradan qaldırılması üçün “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

 

          Qeyd edək ki, körpünün uzunluğu 9 metr, eni isə 6 metrdir.
 

          Həmçinin,  Quba-Xınalıq yolunun 36 kilometrliyində Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində yol yuyularaq yararsız vəziyyətə düşüb.