Xocəsən avtomobil yolunda bir müddət bundan öncə avtonəqliyyat hadısəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidi bərpa olunaraq vətəndaşların istifadəsinə verilib.
Bərpa işləri zamanı qəza nəticəsində keçidin dağılmış dəmir tirləri, həmçinin alt hissədə və kənarlarda olan üzlük materiallar yeniləri ilə əvəz olunub. Bundan başqa keçidin qalereyasının divarları, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub.
Artıq vətəndaşlar rahat və təhlükəsiz şəkildə keçiddən istifadə edə bilərlər.
Xatırladaq ki, ötən il “Shacman” markalı yük maşının sürücüsü yük hissəsi açıq vəziyyətdə idarə etdiyi avtonəqliyyat vasitəsini Xocəsən avtomobil yolunda yerləşən yerüstü piyada keçidinə çırpmışdı. Nəticədə piyada keçidinin alt hissəsi dağılaraq, qəzalı vəziyyətə düşmüşdü.