Yolun uzunluğu – 5,9 km
Hərəkət hissəsinin eni – 9 m ( 2x3,75+2x0,75-bərkidici zolaq)
Hərəkət zolaqlarının sayı -2 ədəd
Hərəkət zolağının eni - 3,75 m
Çiyinin eni -3,75 m
Torpaq yatağının eni – 15 m
Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 16 iyun tarixli 2119 nömrəli Sərəncamına əsasən Biləsuvar rayonunun Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.
Yolun uzunluğu 5,9 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilmişdir.
Yolun konstruksiyası:
-Əsasın alt layı – optimal çınqıl qarışığı, qalınlığı - 24 sm;
- Əsasın üst layı optimal qırmadaş qarışığı, qalınlığı – 16 sm;
-Asfaltbeton örtük 3 laydan ibarət ( 12+8+5 sm) qalınlığı – 25 sm;
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
- Torpaq işləri – 246,5 min m3;
- Tikinti sahəsinə düşən 376 m qaz və su borusu köçürülmüşdür;
- 7 yerdə D=1250 sm olan, ümumi uzunluğu 170 m dairəvi boru tikilmişdir;
- 6 yerdə D=1000 sm olan, ümumi uzunluğu 120 m dairəvi boru tikilmişdir;
- 3 yerdə düzbucaqlı 2x2 m ölçüdə, ümumi uzunluğu 73m olan boru tikilmişdir;
- 2 yerdə 4x2,5 m ölçüdə, ümumi uzunluğu 47 m olan düzbucaqlı boru tikilmişdir;
- Yolun 1+680 km-də Bolqarçay üzərində 3 aşırımlı, uzunluğu-81,3 m olan körpü tikilmişdir;
- Biri dairəvi olmaqla 3 yol kəsişməsi və 9 yerdə yol birləşmələri tikilmişdir;
- 3 laydan ibarət 25sm qalınlığında asfalt-beton örtüyün tkintisinə - 37,9 min ton asfalt-beton
qarışığı sərf edilmişdir;
- Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 54,0 min m3 çınqıl və optimal qum-qırmadaş
- qarışığı sərf edilmişdir;
- Xarici işıqlandırma üçün - 30 ədəd işıq dirəyi quraşdırılmışdır;
- 186 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır;
- 94 ədəd müxtəlif yol nişanları quraşdırılmışdır;
- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir – 18 780 m.
Bu yolun tikilməsi, M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunu, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dolama yolu kimi yük və sərnişin daşımasını təmin etməyə imkan verəcəkdir.
Eyni zamanda bu yol vasitəsi ilə 10 min nəfər əhalinin yaşadığı Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə Biləsuvar şəhərinin daxili yollarından istifadə etmədən nəqliyyat xidmətini təşkil etmək mümkün olacaqdır.