Yeni yerüstü piyada keçidinin tikintisi davam edir VİDEO/FOTO

30 May 2024- 15:13

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.

Yeni yerüstü piyada keçidi M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də tikilir. 

Orta dayaqsız metal konstruksiyalı olan keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.
 
Layihə üzrə artıq keçidin platformasının quraşdırılması işləri aparılıb.  
 
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
 
Layihə çərçivəsində keçiddə beynəlxalq standartlara uyğun piyada pandusları, yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.
 
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
 
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
 
YOLUNUZ AÇIQ OLSUN...