Piyada keçidinin inşası ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq MƏLUMAT

31 May 2024- 10:27
11 Piyada keçidinin inşası ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq

M2 Bakı-Ələ­t-Qazax-Gürcüstan Re­spublikası ilə dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 3 iyun saat 10:00-dan 18:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.