Salyan rayonu, Kür çayı üzərində Babazanan yaşayış sahəsi ilə rayon mərkəzini birləşdirən yeni körpünün tikintisi layihəsi

5 Sentyabr 2016- 00:00
11 Salyan rayonu, Kür çayı üzərində Babazanan yaşayış sahəsi ilə rayon mərkəzini birləşdirən yeni körpünün tikintisi layihəsi

 

          Salyan rayonunda yol infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 6 sentyabr tarixli Sərəncamına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6 min nəfərdən artıq əhalinin yaşadığı “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq Kür çayı üzərində körpünün tikintisinə vəsait ayrılmış və tikinti işləri 2013-cü ilin oktyabr ayında başlanılmışdı.

 

 

          Körpünün əsas göstəriciləri:

 

          Tam uzunluğu - 200 metr;

          Körpünün aşırımlarının sxemi - 24,0+5x33.0 metr;

          Aşırımların sayı - 6 ədəd;

          Qabariti - Q-11.5 metr;

          Kənar tərəfdə səkilər - 2x1.5 metr;

        

 

          6 aşırımdan ibarət və uzunluğu 200 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.

 

          Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Körpü elementləri A15 və NK100 hərəkətləri yüklərin təsirinə və 9 bal zəlzələyə hesablanaraq layihələndirilmişdir.

 

           Kür çayında su axının təmizlənməsi üçün uzunluqları sağ sahildə 108+108 =216 metr, sol sahildə isə 70+72=142 metr olan qazma-doldurma svay əsaslı monolit beton istinad divarları tikilmişdir.

 

          Layihəyə uyğun olaraq Salyan rayonu tərəfdən 123.18 metr, Babazanan yaşayış sahəsi tərəfindən isə 221.213 metr olan yanaşma yolları tikilmişdir.