Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında 16 May 2006-cı il tarixdə “Azərbaycan Magistral Avtomobil yolu 2 layihəsi üzrə Borc Sazişi imzalanmışdır. Borc Sazişi Nazirlər Kabinetinin 04 İyul 2006-cı il tarixli 186 s saylı Sərəncamı ilə təsdiq edilmişdir.
Borc Sazişi çərçivəsində “Ələt-Masallı avtomobil yolunun Yenikənd-Salyan (km 31,0-54,41) Hissə 1C, Salyan-Şorsulu (km 55,8-80,6) Hissə 2 və Kür körpüsünün tikintisi” layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
Ələt–Astara avtomobil yolunun km 54+400 – 55+800 hissəsinddə Kür çayı ilə kəsişmədə yeni körpünün tikintisi Layihəsi üzrə 22 iyul 2010-cu il tarixdə tender keçirilmiş və 06 dekabr 2010-cu il tarixdə tenderin qalibi “Evrascon” ASC şirkəti ilə Podrat müqaviləsi imzalanmışdır.
Hal–hazırda “Evrascon-AzVirt” birgə müəssisəsi Ələt–Astara avtomobil yolunun 1C, Hissə 2 sahələrində tikinti işlərini davam etdirir. Kür körpüsünün tikintisi işlərini “Evrascon” ASC şirkəti tərəfindən 31 may 2015-ci il tarixində başa çatdırılmışdır.
Tikintiyə texniki nəzarət işlərini Almaniyanın “Kocks Consult GmbH” firması yerinə yetirir.
Müqavilə barədə ümumi məlumat:
Müqavilənin imzalanma tarixi: 06 dekabr 2010-cu il
İşə başlama tarixi: 13 yanvar 2011-ci il
İşlərin başa çatma tarixi – 31 may 2015 – ci il
Podratçı: “Evrascon” ASC
Körpü aşağıdakı texniki parametrlərə malikdir:
Layihə üzrə uzunluq (Kür körpüsü + yanaşma yolları) - 1.4 km;
Kür körpüsünün uzunluğu - 362.92 m;
Körpünün qabariti - 2x11.50 m;
Körpünün eni - 29.80 m;
Yanaşma yollarının dərəcəsi - Ib;
Körpü yanaşma yollarının eni - 26.50 m;
Körpünün sxemi - (50+50+151+50+50)m.
Borular və keçidlər haqqında məlumat:
Dairəvi suötürücü boru - 3 ədəd;
Düzbucaqli suötürücü boru - 1 ədəd;
Heyvan keçidi - 1 ədəd;
Alt keçid - 1 ədəd;
Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının qəbul etdiyi konsepsiya ilə əlaqədar olaraq, mövcud CHиП 2.05.03-84 *(Мосты и Трубы) normativ sənədinin 2-ci fəsilində göstərilən AK-11və HK-80 hesabi müvəqqəti yükündən AK-15 və HK-100 müvəqqəti yüklərə keçid göstərişi verilib. Bundan başqa 8.0x5.0m ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpüdə tender sənədində nəzərdə tutulmayan işıqlandırma sisteminin quraşdırılması işləri də aparılıb.
Körpünün 151 m uzunluğunda orta aşırım qurğusu həm uzununa, həm də eninə gərginləşdirilmiş monolit dəmir betondan tikilməklə körpünün oxu boyu nəzərdə tutulmuş 1 ədəd metal tağdan troslarla asılmışdır.
Körpünün müasir texnologiyaların vəhdəti nəticəsində yaranmış orijinal konstruksiyası, öz incə dizaynı və memarlıq görünüşü ilə xüsusi seçilərək ətraf landşaftla vəhdət təşkil edir.