Ələt – Astara avtomobil yolunun Ələt – Masallı hissəsinin tikintisi Hissə 1C, Yenikənd-Salyan (km 31+000 – km 54+410) layihəsi

5 Sentyabr 2016- 00:00
11 Ələt – Astara avtomobil yolunun Ələt – Masallı hissəsinin tikintisi  Hissə 1C, Yenikənd-Salyan (km 31+000 – km 54+410) layihəsi

          Azərbaycan Hökuməti ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycan Magistral Avtomobil yolu 3” layihəsi üzrə 7889 AZ nömrəli Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası arasında 4723 AZ nömrəli Kredit Sazişi 11 avqust 2010-cu il tarixdə imzalanmışdır.

 

          Ələt–Astara avtomobil yolunun 1C Hissəsinin tikintisi Layihəsi 07.01.2014-cü il tarixdən “Azərbaycan Magistral Avtomobil yolu 3” Kredit Sazişinə daxil edilmişdir.

 

          Layihə üzrə 20 Fevral 2014–cü il tarixdə tender keçirilmiş və 26 May 2014– cü il tarixdə tenderin qalibi “Evrascon-AzVirt” birgə müəssisəsi ilə Podrat müqaviləsi imzalanmışdır.

 

          Tikintiyə texniki nəzarət işlərini Almaniyanın “Kocks Consult GmbH” firması

yerinə yetirir.

 

 

 

                         Yol Ib dərəcəli olmaqla aşağıdakı texniki parametrlərə malikdir:

 

 

-Yolun uzunluğu - 23.41 km

- Yolun eni - 26.50 m

- Ayrıcı zolağın eni – 4.0 m

- Hərəkət hissəsinin eni – 4x3.75 m

- Çiyinlərin eni – 2x3.75 m (2x3.0 m hissəsi ikiqat bitumla hopdurulmuş qırmadaşla bərkidilir).

 

 

 

                                        Yol geyiminin konstruksiyası aşağıdakı kimidir:

 

 

-Hamarlayıcı lay - 50 sm;

- Əsasın alt layı - 15 sm;

- Bitumlu əsas lay - 18 sm;

- Aralıq asfalt layı - 8 sm;

- Aşınma layı - 5 sm.

 

 

                                                   Borular haqqında məlumat:

 

 

-Dairəvi suötürücü boru - 76 ədəd;

- Düzbucaqlı suötürücü boru - 10 ədəd;

-Alt keçid - 12 ədəd.

 

 

 

                      Körpü və yol ötürücüləri barədə məlumatlar aşağıdakı kimidir:

 

 

1. Xələc-Yenikənd a/yolu və kanal üzərində yol ötürücüsü,

km39+675, L=69,3m;

 

2. Salyan-Şirvan yol qovşağında yol ötürücüsü,

km 44+440, L=93,1m;

 

3. Salyan-Çuxanlı yolunda tunel tipli yol ötürücüsü,

km 53+522, L=26,5m.