Parlament və Azadlıq prospektlərində hərəkət qismən məhdudlaşdırılır MƏLUMAT

24 İyun 2024- 12:30
11 Parlament və Azadlıq prospektlərində hərəkət qismən məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) 25 iyun saat 08:00-dan, Azadlıq Prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək) isə 25 iyun saat 23:00-dan hərəkət  qismən məhdudlaşdırılacaq.

Sözügedən prospektlərdə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.