Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Parlament prospekti (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) təmir işləri aparılır.
Təmir işləri çərçivəsində Parlament prospektində köhnə asfalt-beton örtüyünün frezlənməsi, frez materialının kənara daşınması işləri icra olunur. Afiyəddin Cəlilov küçəsində isə frezlənmə işləri tam olaraq yekunlaşıb, hazırda yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılan təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...