Nərimanov rayonunda Əhmədbəy Ağaoğlu küçəsi təmir olunur VİDEO/FOTO

9 İyul 2024- 14:15

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində aparılır. 

Uzunluğu 1510 metr olan sözügedən küçədə hazırda frezlənmə işləri yerinə yetirilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.


YOLUNUZ AÇIQ OLSUN...