Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində aparılan təmir işləri davam etdirilir.
Artıq sözügedən küçənin İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək olan hissəsi üzrə frezlənmə işləri aparılıb, hazırda bu hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetiriləcək.
YOLUNUZ AÇIQ OLSUN..