R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 17 iyul saat 12:30-dan 14:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.