Aparılan təmir işləri ilə əlaqədar 17 iyul saat 00:00-dan etibarən Bakı şəhəri, Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə (1-ci mərhələ - A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələ - M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələ - B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq alternativ küçələrə yönləndiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.