Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyul ayının 19-da Şabran rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Şabran rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Şabran və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Şabran rayonu “3 №-li Yol İstismarı” və Xaçmaz rayonu “4 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.