Yolun uzunluğu – 24 km
Yolun texniki dərəcəsi - III
Hərəkət hissəsinin eni –7,5 m
Hərəkət zolaqlarının sayı -2 ədəd
Hərəkət zolağının eni - 3,75m
Çiyinin eni -2,5 m
Torpaq yatağının eni – 12 m
Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 4 may tarixli 2029 nömrəli Sərəncamına əsasən Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.
Avtomobil yolu uzun müddət təmir olunmadığı üçün, xüsusən də ağır çəkili yük maşınlarının intensiv hərəkəti nəticəsində sözügedən yolun hərəkət hissəsində bir çox yerlərdə qabarma və çökmə deformasiyaları əmələ gəldiyindən, həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Xudat-Yalama-Zuxuloba avtomobil yolunda müasir yol infrastrukturu yaradılmaqla bu problemlər köklü surədə öz həllini tapmışdır.
Yolun uzunluğu 24 km-dir və III texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur.
Yolun konstruksiyası:
- Əsasın alt layı layı – qum-çınqıl qarışığından, qalınlığı - 40 sm;
- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 15 sm;
- Asfaltbeton örtük 2 laydan ibarət (7+5 sm) qalınlığı - 12 sm;
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
- Torpaq işləri – 108,0 min m3;
- Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 120,6 min m3 çınqıl və qum-qırmadaş qarışığı sərf edilmişdir;
- 2 laydan ibarət asfalt-beton örtüyün tkintisinə - 30 min ton asfalt-beton qarışığı sərf edilmişdir;
- 920 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır;
- 154 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır;
- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir – 57 500 m
Bu yolun tikilməsi 28 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.