Qusar rayonunun Qusar – İmamqulukənd - Quxuroba avtomobil yolunun tikintisi layihəsi

16 Sentyabr 2016- 00:00
11 Qusar rayonunun Qusar – İmamqulukənd - Quxuroba avtomobil yolunun  tikintisi layihəsi

 

Yolun uzunluğu – 24,7 km

Yolun texniki dərəcəsi - III

Hərəkət hissəsinin eni 0.5 m bərkidici zolaqlar ilə – 8 m

Hərəkət zolaqlarının sayı - 2 ədəd

Hərəkət zolağının eni - 3,5 m

Çiyinin eni - 2 m

Torpaq yatağının eni – 12 m

 

          Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 13 iyul tarixli 2195 nömrəli Sərəncamına əsasən Qusar rayonunun Qusar – İmamqulukənd - Quxuroba avtomobil yolunun tikintisi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.

 

          Yolun uzunluğu 24,7 km-dir və III texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur.

 

                                                         Yolun konstruksiyası:

 

- Əsasın alt layı layı – qum-çınqıl qarışığından, qalınlığı - 40 sm;

- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 15 sm;

- Asfaltbeton örtük 2 laydan ibarət (7+5 sm) qalınlığı - 12 sm;

 

                                       Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

- Torpaq işləri – 148,2 min m3;

- Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 52,0 min m3 çınqıl və qum-qırmadaş qarışığı sərf edilmişdir;

- Müxtəlif diametrli 57 ədəd su ötürücü borular tikilmişdir - 844 metr;

- İmamqulukənd kanalı üzərində körpü tikilmişdir, uzunluğu 4,0 metr, eni 9,6 metr;

- Gündüzqala kənd körpüsündə 184 metr uzunluğunda su nizamlayıcı qurğular tikilmişdir;

- 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə - 56,9 min ton asfalt-beton qarışığı sərf edilmişdir;

- 980 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır;

- 197 ədəd müxtəlif yol nişanları və 24 ədəd göstərici lövhələr quraşdırılmışdır;

- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir – 61 750 m.

 

          Bu yolun tikilməsi 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.