Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq MƏLUMAT

25 İyul 2024- 16:25
11 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq

26 iyul saat 09:00-dan 30 iyul saat 00:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26  km-lik  hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. (YOL BAĞLANMIR) 
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.