Xəqani küçəsində hərəkət məhdudlaşdırılacaq MƏLUMAT

25 İyul 2024- 16:44
11 Xəqani küçəsində hərəkət məhdudlaşdırılacaq

26 iyul saat 00:00-dan 29 iyul saat 07:00-dək Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.