8 Noyabr prospektinin bir hissəsində təmir işləri aparılacaq MƏLUMAT

25 İyul 2024- 16:50
11 8 Noyabr prospektinin bir hissəsində təmir işləri aparılacaq

26 iyul saat 00:00-dan 30 iyul saat 00:00-dək 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinədək)  aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.