Xəqani küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir VİDEO/FOTO

29 İyul 2024- 15:56

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) təmir işləri son mərhələdə olmaqla davam etdirilir.

Qeyd olunan hissədə artıq köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.

Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur

YOLUNUZ AÇIQ OLSUN...