Sel sularının yolda yaratdığı çətinlik aradan qaldırılıb

30 İyul 2024- 12:43

Ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Goranboy rayonu Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatına ziyan vurub.

Sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yol çiyinləri yuyulub.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasizləsizliyi təmin olunub.

Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


YOLUNUZ AÇIQ OLSUN…