Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

10 Avqust 2024- 09:42
11 Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

Bu gündən etibarən Bakı şəhəri, Mətbuat prospektində (Nazim Hikmət küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, növbəti mərhələdə təmir işləri Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən  “Qələbə” dairəsinədək) aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.