“Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən qurulması” layihəsi 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində, Çex Respublikası “Çeska exportni banka a.s.”, “Komercni banka a.s.” ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi arasında 07.11.2012-ci il tarixində bağlaşmış Kredit Sazişinə əsasən həyata keçirilir.
I texniki dərəcəli yolun uzunluğu: 87,8 km
Torpaq yatağının eni: 27,5
Hərəkət zolağının sayı: 4
Hərəkət zolağının eni: 3,75
Yol örtüyü: polimer asfaltbeton
Hərəkət sürəti: hesabi sürət 120 km/saat nəzərdə tutulmuşdur.
Podratçı: “SAZ s.r.o.” şirkəti (10.09.2012), subpordatçı – “Bayburt Qrup”
Məsləhətçi: “Yüksel Proje Caspian” QSC (10.09.2012)
Maliyyə mənbəyi: “Çeşka exportni banka a.s.”, “Komerçni banka a.s.” və Azərbaycan Hökuməti
Layihədə aşağıdakı infrastruktur işləri də görülmüşdür:
1) 4 ədəd yol qovşağı körpüsü;
2) 5 ədəd cay və kanal üzərindən hidravlik körpü;
3) 25 ədəd piyadalar və mal qara üçün alt keçidi
4) 39 ədəd düzbucaqlı borular
5) 142 ədəd dairəvi borular.
6) 19 ədəd hərəkəti nizamlamaq üçün “U” dönüşü qovşağı
7) 26 ədəd avtobus dayanacağı
8) 11,5 km piyada səkisi
9) 22 km işıqlandırma işləri
10) 77,3 km ayırıcı zolaqda beton sədd inşa edilmişdir.
Tikinti işlərinə 13.09.2012-ci il tarixində başlanmışdır. Podrat müqaviləsində tikintinin başa çatma müddəti 13.09.2015-ci il tarixinə nəzərdə tutulmuşdur. Lakin layihədə edilmiş dəyişikliklər, razılaşmaların alınmasına sərf edilən vaxt və bir sıra digər problemlərin meydana çıxması səbəbindən işlərin tamamlanma müddəti 2016-cı ilin iyuluna qədər uzadılmışdır.
13.09.2012-ci il tarixindən fevral 2015-ci il tarixinə qədər yerinə yetirilən işlərin həcmi 79%, fevral 2015-ci il tarixindən sonrakı dövrdə isə 21% təşkil edib.