Bu küçədə hərəkət məhdudlaşdırılacaq MƏLUMAT

3 Sentyabr 2024- 10:55
11 Bu küçədə hərəkət məhdudlaşdırılacaq

4 sentyabr saat 06:00-dan başlayaraq  Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.
 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.