Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabr ayının 20-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Şirvan şəhəri Gənclər Evində keçiriləcək.
Qəbulda Şirvan şəhəri və Hacıqabul rayon sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Şirvan şəhəri “33 №-li Yol İstismarı” və Hacıqabul rayonu “20 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.