Bu küçədə hərəkət məhdudlaşdırılacaq   MƏLUMAT

20 Sentyabr 2024- 16:04
11 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  

21 sentyabr tarixindən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsinin bir hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq. 
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.