600-dən çox piyada zolağı rənglənib və yenisi çəkilib

14 Oktyabr 2015- 00:00
11 600-dən çox piyada zolağı rənglənib və yenisi çəkilib

          Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Azəryolservis” ASC tərəfindən müəyyən işlər həyata keçirilib. Görülən işlər çərçivəsində zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilib, rəngi solmuş zolaqlar isə yenidən rənglənib.

          Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq ilkin etapda “Azəryolservis” ASC tərəfindən ilk öncə təhsil müəssisələrinin yaxınlığında yerləşən küçə və prospektlərdə sözügedən işlər həyata keçirilib.

        Ümumilikdə 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərin zəruri olan yerlərin yeni piyada zolaqları çəkilib, mövcudları isə yenidən rənglənib. Aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha təhlükəsiz olub və rahatlaşıb. 

           Növbəti etapda digər küçə və prospektlərdə anoloji işlər uğurla icra olunub və bu istiqamətdə işlər indi də davam etdirilməkdədir.  “Azəryolservis” ASC tərəfindən planlı şəkildə həyata keçirilmiş işlər nəticəsində ümumilikdə Bakı şəhəri üzrə 600-dən çox piyada zolağı yenidən rənglənib və yeniləri çəkilib.

XƏBƏRƏ AİD FOTOLAR