Piyada keçidinin inşası ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq MƏLUMAT

2 Oktyabr 2024- 13:49
11 Piyada keçidinin inşası ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq

Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 3 oktyabr saat 23:00-dan 4 oktyabr 06:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.