Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) məlumat:
Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu) avtomobil yolunun 21,4-cü kilometrində (Füzuli rayonu, Alxanlı kəndi ərazisi) və M-5 Yavlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 44,9-cu kilometrində (Şəki rayonu ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 23 oktyabr 2024-cü il tarixdən başlayaraq təqribən 1,5 ay müddətində hər iki ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcəkdir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, ərazilərdə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.